Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 “Light your fire” şüarı altında baş tutacaq
26.1.2012

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 mahnı müsabiqəsi “Light your fire” şüarı altında baş tutacaq. Müsabiqənin şüarı Buta Palace-da keçirilən ilk təntənəli tədbirdə açıqlanıb.
Məlum olub ki, müsabiqənin builki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od əksini tapıb.
Mərasimdə loqo və şüarı açıqlayan xüsusi video rolik nümayiş etdirilib.