Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı mayın 22-si və 24-də Bakıda
keçiriləcək yarımfinal mərhələləri ilə bağlı ilk püşkatma mərasimi
keçirilib.
Məlum olub ki, mayın 22-də birinci yarımfinalda Monteneqro, İslandiya,
Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan,
Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail,
İrlandiya və Macarıstan, mayın 24-də ikinci yarımfinalda Serbiya,
Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan,
Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya,
Xorvatiya, Norveç, Litva, Bosniya və Herseqovina finala çıxmaq uğrunda
mübarizə aparacaq.
Qeyd edək ki, böyük beşlik olan Almaniya, Fransa, Böyük Britaniya,
İtaliya və İspaniya, eləcə də ötən il müsabiqənin qalibi və builki ev
sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində
çıxış edəcək.