Dünyanın ən qısqanc qadını - FOTO
18.11.2013

Dünyann ən qısqanc qadını məlum olub. O, İngiltərənin Lester şəhərində yaşayan Debbidir. Ən qısqanc qadın nişanlısının telefonunu, e mail adresini, bank hesablarını hər gün yoxlayır. Debbi nişanlısına jurnal oxumağa və televizora baxmağa qadağalar qoyub.

42 yaşlı Debbi 30 yaşlı nişanlısı Stiv Vudu bayıra çıxıb içəri girdikrən sonra yalan maşınında yoxlamadan keçirir. Debbi hərəkətlərini bu cür izah edib:

"Onun televizorda gördüyü qadınlara meyl salmasından qorxuram”.

Həkimlər bu cür halı "Otello" sindromu adlandırıblar. Mütəxəssislər bu halı psixoloji çatışmazlıq xəstəliyi kimi dəyərləndiriblər. Tibb işçiləri onun psixoloji müalicəyə ehtiyacı olduğunu bildiriblər.

Nişanlısının soyadını götürən Debbi tez bir zamanda Stivlə evlənmək istədiyini deyib. Stiv isə nişanlısının bəzi qadağalarının həyatını çətinləşdirdiyini bildirsə də, sevgilisindən məmnunluğunu və ruh yoldaşları olduqlarını ifadə edib:

"Biz ruh yoldaşıyıq. Həyat bəzən Debbi ilə çətin olur. Amma, o hər şeyə dəyər".

publika.az