Amsterdam şəhərindəki "Artis" zooparkında saxlanan Vin Tida adlı dişi filin gözünə kontakt linzalar qoyulub. "Radio Netherlands Worldwide"a istinadən bildirir ki, əməliyyatı zooparkın baytarı Anna-Mari Verbrüggen aparıb.
Verbrüggenin dediyinə görə, əvvəllər atların gözlərinə kontakt linza qoysa da, fillə bağlı əməliyyatı ilk dəfə gerçəkləşdirib. Bir saat çəkən prosedurda yerli anesteziyadan istifadə olunub. Fil sol gözünün buynuzlu qişası zədələndiyindən o, gözünü açıq saxlaya bilmirdi.
İndisə 45 yaşlı Vin Tidanın gözü sağalacaq. O, Avropada gözünə kontakt linza qoyulmuş ilk fildir.
Video