48 bəy və gəlin cütlüyü metroda evləndi
18.11.2013

İstanbulda maraqlı mərasim təşkil edilib

Türkiyənin İstanbul şəhərində 48 bəy və gəlin cütlüyü metroya enərək insanların marağına səbəb olublar. Publika.az xəbər verir ki, hər il təşkil edilən " Sərnişin Toy Mərasimi" bu il də rəngli görüntülərə səhnə olub. Maddi imkansızlıqlar üzündən evlənə biləyən cütlüklər İstanbulun Mərmərə Kazlışeşmə stansiyasına enərək toplu toy mərasimi təşkil ediblər. Onlar buradan qatara minərək iki dəniz altından keçməyin həyəcanını yaşayıblar.

Təşkil edilən nikah mərasiminin ardından Üsküdar məhəlləsinə keçən cütlüklər nostalji avtomobillərlə şəhəri gəziblər. Mərasimin ardından səbəbkaarlar topu halda xatirə şəkilləri çəkdiriblər.

publika.az