Qoç - günün emosional fonu stabildir. Əhvalınız yaxşı olacaq. Ətrafınızdakı insanlarla birgə çalışanda nikbin olun. Yeni tanışlıqlar istisna deyil. Ünsiyyət çevrəniz genişlənəcək. Son vaxtlar sərin davrandığınız insanlarla münasibətləri normallaşdırmaq şansları var.
Günün ikinci yarısı dəvət aldığınız toplantıya qatılmaq, ictimai həyatda aktiv iştirak etmək üçün əlverişli zamandır. Alış-verişdə diqqətli olun.
Maliyyə baxımından pis vaxt deyil.
Buğa - gəlirlərin artımı istisna deyil. Yaxın gələcəkdə pullar bir az, bir qədər sonra isə əhəmiyyətli dərəcədə çoxalacaq.
Həmfikirlərin dəstəyi sayəsində maneə və çətinlikləri asanlıqla dəf edəcəksiniz. İşlərinizdə önəmli irəliləyişə təkan verəcək layihəyə başlaya bilərsiniz.
Yaxşı işgüzar məziyyətləriniz və peşəkarlıq qabiliyyətinizi nümayiş etdirin.
Şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri güclənir. Günün ikinci yarısında yaxınlarınızla, sevdiyiniz insanla münaqişə mümkündür. Sizi sərt tənqid edirlər.
Emosiyalarınıza hakim olun. Deyilənlərə aqressiv və sərt reaksiya verməyin. Toqquşmalara şərait yaratmayın.
Əkizlər - bütün diqqəti işlərə yönəltsəniz, gün yaxşı alınacaq. Emosiyalara qapılmayın, sağlam məntiqlə hərəkət edin. Soyuqqanlı və təmkinli olun. Əhvalınız günün ikinci yarısına yaxın dəyişəcək. İstəklər qarışıqdır.
İllüziyalara aldanmayın. Əks təqdirdə qətiyyətli olmayıb xülyaların ardınca getdiyinizə görə sonradan acı təəssüf hissi yarana bilər.
Səfər, səyahət üçün münasib gündür. Şəraitin dəyişdirilməsində fayda var.
Yeni tanışlıqların ehtimalı böyükdür. Diqqətli olun. Bu gün sizə can atanların hamısı ləyaqətli insanlar deyil.
Xərçəng - ən müxtəlif insanlarla normal ünsiyyət qurmağı bacarın. Həssas və incə davranışı seçin.
Qətiyyətli davranmaqla güzəştlər etməyin məqamlarını intuisiyanız sizə bildirəcək.
Ünsiyyət üçün əlverişli gündür. Fəqət, üzbəüz görüşlərdən daha çox yazışma və ya telefon danışıqlarına üstünlük verin.
Günün ikinci yarısında başlayacaq münasibətlər uzunmüddətli olmasa da, xoş emosiyalar bəxş edəcək.
Axşam saatları əyləncə və istirahət üçündür.
Şir - yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Yaşamınızda mühüm rol oynaya biləcək insanla görüş istisna deyil. Ailə münasibətləri harmonik olacaq. Sevdiyiniz insanla təmaslarda həssas olun, yaxınlarınızın istəklərini anlamla qarşılayın.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi bir qədər aşağı düşəcək.
Səhhətinizdə problemlər yarana bilər.
İşdə ifrata varmayın, özünüzü həddən ziyadə yormayın. Belə olarsa, xroniki ağrı kəskinləşə bilər.
Şərik və ya iş yoldaşları ilə təmaslarda aqressiv, sərt olmayın. Problemlər yaratmayın.
Qız - ehtiyatlı və sayıq olun. İfrat tələblərlə şərtlərə qarşı radikal addımlar atmayın. Xoşagəlməz hadisə ehtimalı az deyil. Travmalar istisna deyil.
İşgüzar münasibətlərdə risk edə bilərsiniz. Çəkinməyin, irəliləyin.
Yeni tərəfdaşlarla əməkdaşlıq üçün əlverişli vaxtdır.
Kiçik mübahisələr və fikir ayrılıqlarına rəğmən, yaxınlarınızla münaqişənin yaranmasına imkan verməyəcəksiniz.
Romantik hisslər axşam saatlarında güclənəcək.
Tərəzi - pərişan olmayın, nə edəcəyinizi uzun-uzadı düşünməyin. Belə vəziyyət sizin üçün diskomfortdur. Narahat olmayın, çətinlik müvəqqətidir. Gərəksiz risk etməyin, ehtiyatlı olun. Ənənələrə və qaydalara riayət edin. Təhlükəyə məruz qalmamağa can atın.
Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Problemləri ört-basdır etməyin, onları müzakirəyə çıxarın. Konstruktiv davranın ki, emosiyalarınız sakit olsun.
Əqrəb - yaşam potensialı səviyyəsi aşağı olduğundan süstlük və ətalətə qapılmayın. İşlər artır. Bir sıra məsələləri müstəqil həll etməlisiniz. Çalışdığınız yerdə rəhbərliklə fikir ayrılığı yarana bilər. Sizə elə gəlir ki, dəyərləndirilmirsiniz, uğurlarınızı görmürlər.
Gerçəkdən də, maraqlandığınız işlə olayların axarını pozmamaq şərtilə məşğul olun.
Təxəyyülünüzü işə salın. Qarşınızda yeni perspektivlər açılır.
Ciddi romantik hiss yaşana bilər.
Oxatan - maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Alış-veriş etmək, sərmayə yatırmaq olar. İşgüzar hissiyyatınız sizi aldatmayacaq. Perspektiv layihələri uğursuzluğa düçar məsələlərdən ayırın. Rəhbərliklə fikir ayrılığı istisna deyil. Hadisələrin inkişaf məcrası haqlı olduğunuzu göstərəcək.
Rəğbət və sayğı bəslədiyiniz insanda xoş təəssürat yaratmağa çalışın. Bilik və yaşam təcrübəsini sizinlə bölüşməyə hazır şəxslə təmas qurun. Hüquqi məsələləri həll etmək, dövlət qurumlarına müraciət etmək olar.
Oğlaq - hadisələr gözlədiyiniz kimi inkişaf etmir. Situasiyaya uyğunlaşın, planlara zəruri dəyişikliklər edin. Ətrafınızdakı insanların yaratdıqları problemləri həll etmək üçün ciddi səylər göstərməlisiniz.
Yaradıcılıq potensialınız yüksək, fantaziyanız hüdudsuz olsun.
Rəsmi qurumların nümayəndələri ilə münaqişə baş verə bilər. Məqsədinizə çatacaqsınız, amma buna xeyli vaxt sərf olunmalıdır.
Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Güzəştlərə hazır olun. Yalnız belədə sakitliyi qoruya bilərsiniz.
Dolça - qohumlarınızla münasibətlərə fikir verin, yaxınlarınızın qeydinə qalın. Şəxsi işlər və ailə qayğıları indi ön plana çıxır.
Ev işləri ilə məşğul olun, amma əsas işi də unutmayın.
Səfər və səyahətin planlaşdırılandan da artıq vaxt alacağını bilin.
Günün ikinci yarısı qeyri-formal ünsiyyət, nüfuzlu insanlarla təmaslar üçün əlverişlidir.
Yaxın ətrafınızdakı şəxslərdən biri qələbə və uğurlarınızı xatırlayacaqlar.
Yığılmış təcrübə və alınan biliklər karınıza gələcək.
Balıqlar - peşəkar fəaliyyət müstəvisində problemlər yaranır. Yeni iş yerinə keçidlə bağlı fikirlər sizi məşğul edə bilər. Tələsməyin. Gerçəkdən də, diqqətə layiq təklifləri az sonra eşidəcəksiniz. İndiki təkliflər yaxşı deyil.
Şəxsi münasibətlər müstəvisində tam fərqli mənzərədir. Hər şey normaldır. Nikbin olun, sevinin, həyatdan kam alın. Yaxın ətrafınızdakı insanların əhvalını yaxşılaşdırın. Yaşam potensialı səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər olmayacaq.
Milli.Az