Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 19-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
ANS PRESS