Amerika geoloqları Antarktida buzlaqlarının sürətli əriməsinə həsr edilmiş məqalə hazırlayıblar. Məqalə “Nature Geoscience” jurnalında dərc edilib.
Məqaləyə görə, hər il buz qatı 2,8 min kubkilometr azalır. Alimlər qeyd ediblər ki, son on illiklər boyunca buz qatı sürətlə nazilir.
2013-cü ilin iyun ayında klimatoloqlar müəyyən ediblər ki, Antarktikanın buz örtüyünün yarıdan çoxu sualtı hissədə isti cərəyanlarla əriyib. Sent Luisdəki Vaşinqton universitetinin alimləri Antarktida buzlaqlarının sürətlə əriməsinin daha bir səbəbini tapıblar. Onların ehtimalına görə, Antarktidanın qərbində yerləşən Meri Bird torpağında buz altında aktiv vulkan fəaliyyət göstərir.
Amerika geoloqlarının hesablamasına görə, vulkan buz altında 1 kilometr dərinliyində yerləşir və çox tez-tez oyanır. 2010 və 2011-ci illərdə 0,8 və 2,1 bal maqnitudalı təkanlar seriyası qeydə alınıb.
ANS PRESS