27 yanvar 12:00-da Muzey Mərkəzinin qalereyasında Holokost qurbanlarının
xatirəsinə həsr edilmiş sərginin açılışı olacaq. Holokost qurbanlarının
xatirəsinə həsr edilmiş beynəlxalq anım günü (International Holocaust
Remembrance Day) Holokost qurbanlarının ilk ümumdünya xatirə günüdür.
Sərgidə bu mövzüda işlər və film nümayiş etdiriləcək.