Noyabr ayı ərzində Bakı Metropoliteninin Gənclik, 20 Yanvar və Elmlər Akademiyası stansiyalarında işıqqaytarıcıları paylanılıb.
Aksiya Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ölkəmizdə ilk dəfə “Qaranlıqda görün” şüarı altında həyata keçirdiyi “İşıqlı həyat” sosial yönümlü layihə çərçivəsində baş tutub.
Azərbaycanda ilk dəfə böyük və yeni sosial layihə olan “İşıqlı həyat”ın əsas məqsədi - Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.
Qeyd edək ki, “İşıqlı həyat”a qoşulan hər kəs xüsusi işıqqaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda, öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Gün.Az