Moskvada Avropada ən iri buz meydançası açılıb
19.11.2013

Moskvadakı M.Qorki adına Mədəniyyət və İstirahət parkında Avropada ən iri süni örtüklü buz meydançası yaradılıb.

Meydançanın sahəsi 18 min kvadrat metrdir.

Almaniyanın “Architekten” şirkəti ilə birlikdə yaradılmış buz meydançası yaz aylarınadək fəaliyyət göstərəcək.

Kompleksə rəqs və uşaq zonaları, hokkey meydançası daxildir. Parkın ərazisində uzunluğu 4 kilometr olan xizək yolu da salınıb. Qorki adına parkın mətbuat xidmətinin məlumatına görə, Yeni il və Milad bayramları ərəfəsində burada müxtəlif maraqlı tədbirlər təşkil olunacaq.

Gün.Az