Belə rekord olmamışdı - FOTO
19.11.2013

Çinin ən tanınmış ağac ovma ustalarından biri Çjen Çunhui yeni dünya rekordu vurub.

O, 12 metr uzunluğundakı acağda ovma yolu ilə naxışlar, fiqurlar və mənzərələr yaradıb.

Çjenin 4 il ərzində ərsəyə gətirdiyi əsər "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Ağacda ovulmuş səhnələr 1000 il əvvəl Çində yaradılmış "Sinmin bayramı zamanı çay sahili ilə" epik əsərindəki mənzərələrin təkrarıdır.

Həmin əsər Sun sülaləsinin hakimiyyəti vaxtında əfsanəvi rəssam Çjan Çjeduan tərəfindən yaradılmışdı.



Milli.Az