Portuqaliyada elektron şəhər yaradılır
19.11.2013

Portuqaliyanın Paredeş şəhərinin ətrafında kompyuter-şəhər yaradılır.

Bu şəhərin bütün infrastrukturu vahid əməliyyat sistemi tərəfindən idarə olunacaq. “Plaint Valley” adlandırılan elektron şəhər 225 min nəfər üçün nəzərdə tutulur.

Portuqaliya hökumətinin mili maraqlar dairəsinə aid etdiyi bu layihəyə əsasən, yeni şəhər insanlar üçün yaşayış yeri olmaqla yanaşı, eyni zamanda iri şirkətlər üçün təcrübə laboratoriyası və smart texnologiyaların sınaq meydançası rolunu oynayacaq. Şəhərdəki çoxsaylı cihazlar temperaturu, işıqlanma dərəcəsini, rütubəti, hərəkət intensivliyini, istilik və su təchizatının vəziyyətini qeydə alacaq.

Maraqlıdır ki, şəhər infrastrukturunun bir hissəsini sakinlərin özləri idarə edə biləcəklər.

sia.az