Ötən Azərbaycanda muzeylərə gələnlərin sayı 6% artıb
27.1.2012

Ötən il Azərbaycanda muzeylərə gələnlərin sayı 5,9% artaraq 1,8 mln. nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu gün Azərbaycanda 36 mln. kitabxana fondu olan 3 947 kütləvi kitabxana, 2 772 klub müəssisəsi, 226 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 3 konsert zalı və 365 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
«Ötən il ərzində muzeylərə gələnlərin sayı 1,8 mln. nəfər təşkil edib ki, bu da ötən ilə nisbətən 5,9% çoxdur. Teatrlara gələnlərin sayı isə ötən il səviyyəsində qalıb - 0,5 mln. nəfər», - deyə Komitədən bildirilib.