GoMap.Az EL TV-yə istinadən xəbər verir ki, Göyçay rayonunun Çərəkə kənd sakini Toğrul Kərimlinin həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib.
El Televiziyasının məlumatına görə, həyətdəki üç alça ağacı bar gətirib. Toğrul Kərimli ağaclardan 15-20 kiloqram məhsul yığıb. O deyib ki, hava şəraitinin nisbətən isti keçdiyi oktyabr ayında ağaclar çiçəkləyib, sonra da məhsul verib.
Milli.Az