ABŞ-ın Oklahoma ştatında şantaj edilərək pul qoparılmasından bezən Anthony Rackley adlı şəxs, 33 il sonra polisə təslim olub.
O, polisə zəng edərək 11 İyul 1980-ci ildə Marylanddaki bir həbsxanadan qaçdığını bildirib.
Rackley həbsxanadan qaçdıqdan sonra başqa bir adla Oklohamada Lions Klubu adlı bir qeyri-hökumət təşkilatında işə başlayıb. QHT üçün yardım toplama kampaniyasını reallaşdıran Rackley bu yardımlardan aldığı müəyyən gəlir ilə yaşamını təmin edib.
Ancaq Rackleyin həyatı təxminən 10 il əvvəl həbsxanadan qaçdığını bir başqasına söyləməsi ilə tamamilə dəyişib. Həbsdən qaçdığını öyrənən adam ondan şantaj yolu ilə pul qoparmağa başlayıb. Pulun miqdarı günü-gündən artınca dözə bilməyən Rackley təslim olmaq qərarı verib.
Silahlı soyğuna görə, həbsə edilən Rackleyin 62 yaşında cəzasını çəkmək üçün Oklohama Region həbsxanasına göndərilib.
Big.az