İştahasızlıq yaradan ərzaqlar
20.11.2013

Pəhriz saxlayarkən insanda aclıq hissi daha da çoxalır, iştaha artır. Əgər iştahanızın qarşısını alsanız, pəhriz siyahısı sizə o qədər də qorxulu gəlməyəcək.

Mütəxəssislər iştah azaldan ərzaqların siyahısını hazırlayıb.

Xiyarı xırda doğrayıb, üstünə çoxlu şüyüd töküb, duzsuz halda yeyin. Bu, gün ərzində sizi tox saxlayacaq.

Armudu sürtgəcdən keçirib, içərisinə azca qatıq və yulaf töküb, nahar vaxtı yeyin.

Pəhriz zamanı həftədə iki dəfə yumurta yeyin. Bu, sizin xoşbəxtlik hüceyrənizi artıracaq. Beləcə, pəhriz saxlayarkən depressiyaya düşməyəcəksiniz.

Yaşıl noxuddan hazırlanan, tərkibinə az yağ və duz vurulan şorba da pəhriz zamanı əla vasitələrdən biridir. Yaşıl noxudun tərkibindəki albumin maddəsi iştahasızlıq yaradır.

Axşam.az