Moskvada Əsgər Məmmədovun fərdi sərgisi keçiriləcəkdir
27.1.2012

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyindən verilən məlumata görə, fevralın 17-də Moskvada Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının Xalq Rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisi keçiriləcəkdir. Sərgini Xarici Ədəbiyyat Kitabxanası və RF-dəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edir.
Sərgi 2012-ci il martın 11-dək davam edəcəkdir.