Amerikalı ifaçı Madonna 2013-cü ilin ən bahalı musiqiçilərinin reytinqinə başçılıq edir.
Bu barədə “Forbes” jurnalı yazır.
İl ərzində Madonna 125 milyon dollar qazanıb. Bu məbləğin böyük hissəsi isə 305 milyon dollar gəlir gətirən MDNA konsert turunun final hissəsindən əldə edilib.
Reytinqdə 2-ci yeri 80 milyon dollarla Ledi Qaqa tutub. Reytinqi hazırlayanlar qeyd edirlər ki, əgər Ledi Qaqa “Born This Way Ball” turunu sona çatdıra bilsəydi bu ona 160 milyon dollar əvəzinə 200 milyon dollar qazandırardı. Reytinqdə 3-cü yeri 79 milyon dollarla rok musiqiçi Con Bon Covi tutub.
Gün.Az