Hidrometeoroloqlar Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
27.1.2012

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yanvarın 27-si axşam və 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.
Xəbərdarlıqda o da bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti ayın sonunadək davam edəcək, şaxtalı keçəcək, fasilələrlə yağıntılı olacaq, qar yağacaq. Azərbaycanın rayonlarında yanvarın 28-i və 29-na keçən gecə yağıntıların bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi 10-15 m/s, yanvarın 28-də arabir 20-25 m/s-dək güclənəcək. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.
Bakıda və Abşeron yarımadasında yanvarın 28-də arabir qar yağacağı, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yanvarın 29-da az qar yağacağı, günün ikinci yarısında yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında yanvarın 28-də arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 0-3 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yanvarın 29-da qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntıların kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 0-4 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

                                                                                                                                       APA