Məşhur futbolçu Devid Bekhem və müğənni Viktoriya Bekhem Londonda yeni malikanə alıb.
Tanınmış cütlük şahzadə Uilyam və Keyt Midltonla qonşu olacaq. Bekhemlər ailəsi 80 milyon dollar xərcləyəcəyi 7 mərtəbəli evə gələn il köçəcək.
Qeyd edək ki, Devid Bekhemlə şahzadə Uilyam arasında dostluq əlaqələri var. 2007-ci ildə onlar birlikdə London Olimpiadasına hazırlıq işlərinə rəhbərlik edib. 2011-ci ildə isə Devid və Viktoriya Uilyamla Keytin toy mərasimində iştirak edib.
Big.az