Peruda min yaşlı mumiya tapıldı - FOTO
21.11.2013

Arxeoloqlar qazıntılar zamanı unikal mumiya aşkar ediblər.


Perunun paytaxtı Limanın yaxınlığında arxeoloqlar qazıntılar zamanı unikal mumiya aşkar ediblər.

Mütəxxəssislər Uari mədəniyyətinə aid məzarda tapılmış mumiyalanmış iki cəsədin təxmini min yaşı olduğunu bildiriblər.

Arxeoloqlar cəsədlərdən birinin az yaşlı uşaq olduğunu və öldürüldüyünü təxmin edirlər.





ANS PRESS