Amerikalı jurnalist dünyada indiyədək analoqu olmamış səyahətə çıxıb. O, 32186 kilometr qət edərək ölkələri dolaşır.
National Geographic-in reportyoru Paul Salopek səyahətinin 7 ildə başa çatacağını deyir.
Piyajda dolaşan Salopek indiyədək 2092 kilometrlik yolu piyada qət edib.
Bu vaxt ərzində o, 40 qeyd dəftərçəsini doldurub. 5 dildə danışılan ölkələrdən keçmiş reportyor 4 dəvəni hədsiz dərəcədə yorub və günlərin birində isə 64 kilometri səhrada keçib
Salopekin dediyinə görə, məqsədi qədim ibtidai insanların ilk kütləvi miqrasiyalarının yolunu təkrarlamaqdır.
Efiopiyadakı Herto Buri səhrasında başlanan yol 2020-ci ildə Çilinin cənubundakı Tyerra del Fueqoda başa çatmalıdır.
"Çox çətin səyahətdir. 7 il ailəmdən, evimdən ayrı qalacağam. Ailəm üçün darıxıram. İordaniyada xanımımla görüşdüm və yola davam etdim. Həllik səhhətimdə problemlər yoxdur və hər şey yaxşıdır", - Salopek bildirib.
Milli.Az