“Nyu York” meri Blumberq inqilabi qərar imzalayıb.
Mər verir ki, merin qərarına görə, ən ucuz siqaret paketinin qiyməti 10,50 dollara qaldırılıb.
Siqaret satılması üçün yaş həddinin 21-ə qaldırılması ABŞ-da ilk dəfədir həyata keçirilir.
Nyu York icra hakimliyinin tibbi işçiləri siqaretin satış yaşının 18-dən 21-ə qaldırılması ilə gənclər arasında siqaret çəkmə vərdişinin azaldılacağına ümid edir. Şəhərin tibbi komissarı Tomas Farli bu qərarın, xüsusilə 16 yaş qrupundakı gəncləri siqaretdən qoruyacağını iddia edib.
“Hal-hazırda satış yaşı 18 olduğu üçün məktəblərdə 18 yaşlı uşaq 16 yaşındakı uşaq üçün siqaret ala bilir. 3 ay sonra qərar qüvvəyə minəcək qanunla 16 yaşlı uşaq siqaret satın almaq üçün 21 yaşlı adam tapmaq məcburiyyətində qalacaq. Xüsusilə, məktəblərdə bu mümkün olmayacaq”, - deyə, Farli bildirib.
Gün.Az