Qəmli Pişik - Video
21.11.2013

Film çəkiliş meydanlarını zəbt edən Grumpy Cat (Qəzəbli pişik) adlı pişik digər cizgi-film personajalarından fərqli olaraq həqiqətən uğura imza atıb.

Qəzəbli pişiyin tarixi 2012-ci ilin 22 sentyabrına gedib çıxır. Sahibi pişiyinin şəkillərini öz bloqunda paylaşıb.

Həmin şəkillərdə həmişə qəmli olan pişik diqqətləri öz üzərinə çəkib. Aprel ayında onun bir yaşı tamam olub və əsl adı Tardar Sousdur.

Özünəməxsus kədərli üz ifadəsi ilə məşhur olan pişik onun haqqında çəkiləcək filmdə insan səsi ilə çıxış edəcək. Sözügedən film üslub baxımından “Garfield”i xatırladır.

“Biz film üçün bir çox pişiyin şəklini çəkdik, lakin belə mimikaya çox nadir rast gəlinir”.

Bu sözləri Broken Road studiyasından Todd Garner deyib.

“Pişiyə hər dəfə baxanda əvvəlkindən daha əyləncəli mimikalar meydana çıxır. Bu xarakter vasitəsilə tammetrajlı ailə komediyası çəkmək mümkündür”.

Pişiyin sahibi onun vasitəsilə biznes sahəsində milyonlar qazanır. Onun şəkli müxtəlif şirələrdə, toplarda və bu kimi məişət əşyalarında əks olunub.

Həmçinin məşhur pişiyin təqibçiləri də az deyil. Facebookda 2 milyondan çox insan onu izləyir.

YouTube-a yerləşdirilən videoları isə 120 mindən çox izlənilib.
Video

publika.az