Bərdədə bir ailənin 12-ci uşağı doğuldu
21.11.2013

Bərdədə İsgəndərovlar ailəsində daha bir övlad dünyaya gəlib.
İndiki zamanda gənc ailələrin bir və iki uşağı olduğu halda, Bərdədə yaşayan İsgəndərovlar ailəsinin nə az, nə çox düz 12-ci uşağı dünyaya göz açdı.

17 ildi evlilik həyatı yaşayan ailənin 7 oğlu 5 qızı var. Uşaqların ən böyüyü 16 yaşındadır. 3 kq 600 qram olan uşağın səhhətində heç bir problem yoxdu. Bu uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq nə qədər çətin olsa da, İsgəndərovlar ailəsi uşaqları saxlamaqda çətinlik çəkmədiklərini deyir.

12 uşağı olacağını heç zaman ağlına belə gətirməyən Taleh İsgəndərovun sözlərinə görə, övladlarının hər biri ilə fəxr edir. Asudə vaxtını uşaqları ilə keçirdiyini deyən ata çoxuşaqlı olmağın başqa bir zövq olduğunu deyir:

“Əgər Allah qismət edərsə gələcəkdə ailənin sayını artırmaq fikrindəyik”.

gun.az