Yeni Mazda 6 sinfində ən cəld avtomobil olmağa iddialıdır – Foto
21.11.2013

100 km/saat 7.8 saniyəyə! Tam yeni Mazda 6 bunu bacarır! 2.5 litrlik mühərriki ilə bu orta ölçülü sedan sürüşdən həzz bəxş edən mükəmməl idman avtomobilinə çevrilib.
Avtomobilin kuzovunun ölçü və çəkisi, eləcə də onun mühərrikinin turbo deyil, sadə versiyada olması bu göstəricini sinfi üçün nadir hala çevirir.

Mazda 6-da tək sürət deyil, həssas əyləc sistemi də yüksək bacarığını nümayiş etdirir – yüngülcə toxunmaqla, 1.3 tonluq avtomobili asanlıqla dayandırır. Təhlükəsizlik sistemi – ABS və EBD təkərlərin ani sürüşməsini belə “diqqətdə” saxlayıb onların bloklanmasına mane olur. Elə buna görə də, istehlakçı rəylərində Mazda 6-nın təhlükəsizliyi və yumşaqlığı ilk qeyd olunan cəhətlərdir.

Və təbii ki, cazibəli dizaynı qeyd etməmək olmur. İspaniyadan Braziliyayadək bir çox Avropa və Amerika ölkələrində nəfis dizaynına görə sənət əsəri kimi qiymətləndirilən Mazda 6 rəqib brendlərin ondan sonra buraxılan modelləri üçün də təqlid obyekti olub.

Mazda 6 Azərbaycan alıcısına 26 900 manatdan başlayan qiymətə təklif edilir. Qiyməti ilə rəqiblərinə bərabər olub, performansca üstünlük göstərir. Mazda-nın yeni Skyactiv texnologiyasının tətbiq edildiyi daha bir model kimi, yanacağa qənaəti, ətraf mühitə ehtiramı ilə seçilir.

Sürətdən və təhlükəsizlik hissindən maksimum həzzi avtomobilin interyerindəki rahatlıq təmin edir – şüşə lyuk, geniş monitor, premium Bose audio sistemi, dəri salon ilə komfort hissi səyahət boyu sürücünü tərk etmir. Eksteryer dizaynın əsas elementlərindən olan ksenon və LED tipli faralar isə gecə səyahətinin arxayın keçməsinə zəmanətdir.

Tam yeni Mazda 6 Avropa yeni avtomobillərin Qiymətləndirilməsi üzrə Proqramın sınaqlarından ən yüksək – 5 balla çıxıb.

Gün.Az