Gəncədə tramvay xəttinin çəkilişinə başlanılacaq.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata bu gün Gəncə şəhər İcra Hakimiyyətinin binasında içtimət nümayəndələri ilə layihə müzakirə edilib. Tədbirdə tramvay xəttini çəkəcək Fransanın “NEWTL” şirkətinin nümayəndələri də iştirak edib.
Gəncədə hərəkət edəcək tramvayın müasir və bir çox üstünlüklərə malik olacağı bildirilib. Şirkətin region üzrə kommersiya direktoru Anna Samsonova bildirib ki, Gəncədə hərəkət edəcək tramvayın rəngi göy olacaq.
Tədbirdə qeyd olunub ki, Gəncədə sarı rəngdə binalar və fasad çoxdur. Rənglərin bir birini tamamlamaları üçün tramvay göy rəng olacaq və üzəri milli ornamentlərlə örtüləcək. Nəqliyyat vasitəsinin ümumi uzunluğu 25 m, eni 2, 2 m, ağırlığı isə 23 tondur və tramvay rezin örtüklü təkərlərlə rels üzərində saatda 70 kilometrlik sürətlə olduqca səssiz hərəkət edəcək. Tramvayın ilk olaraq Gəncənin Dəmir Yol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi hərəkət edəcək yolu inşa ediləcək. Bu marşrut boyu 12 dayanacaq quraşdırılacaq və hər dayancaqda hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq. Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək.
Tədbirdə şirkət nümayəndələri müxtəlif ölkələrdə çəkib istifadəyə verdikləri tramvay xətləri haqqında məlumat veriblər və uyğun slaydlar göstəriblər. Tədbirin sonunda şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevlər “Newtl” şirkətinin kommersiya direktoru Jan Fransua Arjans arasında əməkdaşlıq memeorondumu imzalanıb.
Qeyd edək ki, Gəncədə 1923-cü ildə tramvay xətti çəkilib. Ötən əsrin 70-cı illərində bu nəqliyyat vasitəsi şəhərdə ləğv edilib.
gun.az