“Azərbaycan memarlığı fotoşəkillərdə” fotosərgisi açılacaqdır
22.11.2013

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İrəli” İctimai Birliyi (İB) və “Azərbaycan İncəsənət Konsulluğu” (“Arts Council Azerbaijan”) tərəfindən “Azərbaycan memarlığı fotoşəkillərdə” fotosərgisi açılacaqdır.

“İrəli” İB-nin mətbuat xidmətindən bildirmişlər ki, fotosərginin təşkilində məqsəd gənc fotoqraflar və ictimaiyyət nümayəndələri arasında Azərbaycan memarlığının tarixinə marağın artırılmasıdır.

Noyabrın 30-da “ART Villa” Qalereya Mərkəzində sərginin açılış mərasimi keçiriləcəkdir.

Sərgidə gənc fotoqrafların Azərbaycanın memarlıq abidələri ilə bağlı çəkdikləri fotoşəkillər nümayiş olunacaqdır.
Sonda qaliblərə hədiyyələr və sertifikatlar veriləcəkdir.

AzərTAc