Vaxtilə ABŞ prezidenti Barak Obamaya məxsus olmuş avtomobil hərraca çıxarılıb.
GoMap.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, gümüşü rəngli "Chrysler
300S" avtomobilinin 1 milyon dollara satılması planlaşdırılır.
"Chrysler 300S" avtomobilini Obama 2004-cü ildə lizinqlə almış, 3 il
sonra isə onu Çikaqo sakininə satmışdı. İndi maşını hərraca çıxaran da
adı açıqlanmayan həmin şəxsdir.