Barak Obamanın avtomobili satışa çıxarıldı
27.1.2012

Vaxtilə ABŞ prezidenti Barak Obamaya məxsus olmuş avtomobil hərraca çıxarılıb.
GoMap.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, gümüşü rəngli "Chrysler 300S" avtomobilinin 1 milyon dollara satılması planlaşdırılır.
"Chrysler 300S" avtomobilini Obama 2004-cü ildə lizinqlə almış, 3 il sonra isə onu Çikaqo sakininə satmışdı. İndi maşını hərraca çıxaran da adı açıqlanmayan həmin şəxsdir.