Bakının mərkəzində daha bir otel tikilir. “İntercontinental” adlı otel Sahil metrosu yaxınlığında, bir neçə il əvvəl sökülən “Cənub” otelinin yerində inşa olunur. Artıq ərazidə işlərə başlanılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasına yanaşı inşa edilən yeni mehmanxana 5 ulduzlu olacaq.
9 mərtəbəli bina Bakının özünəməxsus arxitektura ənənələrinə uyğun inşa olunacaq.
publika.az