Azərbaycan Nazirlər Kabineti «Nəqliyyat vasitəsini idarə etmək hüququ
verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul
edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamə»yə əlavələr edib.
Əlavələr «Yol hərəkəti haqqında» qanuna edilmiş son dəyişikliklərlə
bağlı olub. Əsasnamənin 2.11-ci bəndinin ikinci abzasında «idarə
edilməsinə» sözlərindən sonra «B və ya BE» sözləri və üçüncü abzasında
«C» sözündən sonra «D və ya BE» sözləri əlavə edilib.
Bununla da «D» kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə «B»
və ya «BE», «C» və ya «BC», yaxud «CE» kateqoriyalarına aid nəqliyyat
vasitələrini idarə etmə hüququ olan (2.6 bəndinin tələblərində nəzərdə
tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən
hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş
sürücülər buraxılırlar. «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə
etməyə hüququ olan sürücülər isə tədris müəssisəsində müəyyən edilmiş
proqramla yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları
müvəffəqiyyətlə verdikdən sonra «CD» və ya «BE» kateqoriyalı nəqliyyat
vasitələrini idarə etmək hüququna malik olurlar.
APA