Karla Bruninin Parisdə başlayacaq konserti ABŞ və Kanada kimi ölkələrdə davam edəcək.
Fransanın keçmiş birinci xanımı, Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni konsertlərinə başlayır. Bruni Parisdə 5 konsert verəcək. Daha sonra o başqa şəhərlərdə turneyə çxıacaq. Bundan əlavə keçmiş birinci xanım İsveçrə, Belçika, Lüksemburq, Avstrya, Almaniya, ABŞ və Kanada da çıxış etmək niyyətindədir.
Bruninin Paris konsertinin biletləri 30-50 avrodır. ABŞ-da isə birinci xanımın çıxışını izləmək daha ucuz başa gələcək - 44-52 avro. Konsertlər çərcivəsində o, yeni - dördüncü albomu "Little French songs"dan ("Kiçk Fransız mahnıları") ifalar səsləndirəcək.
http://publika.az