Günün qoroskopu
25.11.2013

Qoç - yaxın ətrafınızdakı insanlar çətinlikləri zəhmət çəkmədən, asanlıqla dəf etdiyinizi düşünürlər. Nəyin baş verməsindən asılı olmayaraq, özünüzdən bədgüman qalmayın. Yalnız sizi əla tanıyan insan tərəddüd içində olduğunuzu anlayacaq. Təlaş və əndişənizin öhdəsindən həmin adamın sözləri də gəlməyəcək.

Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Başqalarına yardım etdikcə problemlərinizin kiçildiyini görəcəksiniz. Di gəl, heç nə etmək istəməyən tənbəllər sizdən yararlanmağa çalışacaqlar.

Buğa - ciddi və önəmli işə başlamaq üçün əlverişli zamandır. Tələsmədən, hər addımı düşünərək irəliləməyə can atın. Yardımçı və həmfikirlər olacaq. Ancaq bütün mühüm qərarları müstəqil şəkildə qəbul etməli olacaqsınız. Bu yaxşıdır, çünki mövqeyiniz səhihdir.
Ambisioz layihənizi gerçəkləşdirə bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara təsir imkanlarınız artacaq. Kimsə sizə müqavimət göstərmək istəməyəcək. Özlərini müdafiəsiz, tənha, köməksiz hiss edən insanlar sizə üz tuturlar.
Onlara yardım edin, amma sürəkli müdafiəçi olmaqdan çəkinin.

Əkizlər - yeni işlər və layihələr üçün əlverişli zaman deyil. Genişmiqyaslı layihələrə başlamayın. Ünsiyyətdə problemlər yaranır. Yardım üçün müraciət etdiyiniz insanlar sizi dəstəkləmək istəmirlər.
Rifahınızın asılı olduğu insanlarla münaqişə etməyin.
Günün ikinci yarısında sadə, aydın, xüsusilə də çalışdığınız prosesdə həddən ziyadə dəqiqlik tələb etməyən işlərlə məşğul olun.
Bəxtə bel bağlayın risk etməyə dəyməz.
Sükan arxasında uzun-uzadı səfərdən imtina edin.

Xərçəng - qarşınızda heç də pis olmayan perspektivlər yaranır. Yararlana biləcəyiniz imkanları görməyə çalışın.
Məsləhətlərə qulaq asın. Müdrik insan sizə hansı addımlar atmağın gərəkdiyini deyəcək.
Gəlir əldə etmək şansı azdır. Gözlədiyiniz məbləği bir qədər sonra alacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə konkretlik və yəqinlik hasil etmək çətindir. Hətta öz hisslərinizi və niyyətlərinizi tam anlamırsınız.
Hədiyyələr almaq, sürprizlər etmək zamanı deyil. Sevindirmək istədiyiniz insan onları bəyənməyəcək.

Şir - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Hər şeyi bədbin görməyin. Nəticələrlə tələsməyin. Yaranmış situasiyanı tələsmədən, sakit şəkildə dəyrələndirin. Hadisələrin xoş yönlərindən birini də görəcəksiniz.
Mühüm sənədləri imzalamaq, bahalı əşyalar almaq və satmaq üçün əlverişli zaman deyil.
Günün ikinci yarısı ünsiyyət üçün yaxşı zaman deyil. Yaxın ətrafınızdakı insanlar sizi mövqeyinizi sürəkli dəyişməkdə, ardıcıl olmamaqda suçlaya bilərlər. Yaxşı bələd olmadığınız insanlarla sıx təmaslardan çəkinin.

Qız - pullar barədə həddən ziyadə, o pulları qazanmaq barədə isə çox az düşünürsünüz. Nəticə qanunauyğundur: maliyyə durumunda heç bir irəliləyiş, müsbət dəyişiklik yoxdur. Diqqətli olun. Karyera pilləkəni ilə yüksəlmək şansı var. Həmin şansdan yararlanın.
Hiyləgər və fəndgir olun. Rəqiblərlə bədxahlarınızın sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında yeni romantik münasibət formalaşa bilər. Etimad, etibar hissindən sui-istifadə etməyin.
Axşam saatlarında sizi yaxınlarınızdan xoş sürprizlər gözləyir.

Tərəzi - yaşananlara həddən ziyadə ciddi yanaşmayın. Ünvanınıza ən kiçik zarafatı təhqir hesab etməyin, tənqidə sərt və aqressiv reaksiya verməyin. Əks təqdirdə yaxınlarınızla münasibətlərdə sonradan ciddi münaqişəyə çevrilə biləcək problemlər yarana bilər.
Yaxınlarınızla təmaslarda həssas, sayıq və diqqətli olun.
Günün ikinci yarısında maliyyə işlərində qayda yaradın. Borc almayın, borc verməyin.
Alış-verişdə qənaətcil olun.

Əqrəb - günün ilk yarısında imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Hər işin öhdəsindən gələ biləcəyinizi düşünsəniz də, belə deyil. Maliyyə məsələləri ilə bağlı həddən ziyadə nikbin olmayın. Ani istək və arzularınıza böyük məbləğdə pul xərcləməyin.
Uzaq səfərlərə yollanmayın, yaxşı tanımadığınız insanlarla ünsiyyətdə olmayın.

Günün ikinci yarısı çox əlverişlidir. Başladığınız hər işi bitirəcək, problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Çoxdan bəri arzuladığınız əməli reallaşdıra bilərsiniz.
Sevdiyiniz insana onun üçün darıxdığınızı bildirin.

Oxatan - ideyalarınız nə qədər yaxşı olsa da, yaxın ətrafınızdakı insanlar onları anlamır, dəstəkləmirlər. Mübahisələrə, dilətutmalara çox vaxt sərf etməyin. İdeya və niyyətlərinizi müstəqil şəkildə, təkbaşına reallaşdırmağa başlayın. İlk uğurlardan sonra müttəfiqlər və həmfikirlər qazanacaqsınız.
Təxəyyülünüzü məhdudlaşdırmağa can atmayın. Bu gün ağlabatan təsir bağışlamayan layihə az sonra gerçəkləşə bilər.

Günün ikinci yarısında səfər və ya səyahətdə problemlər yarana bilər. Evdən uzaqda israfçılıq etməyin. Pullar hədər yerə xərclənəcək.
İmici yeniləmək, qarderobu yeniləmək üçün düşərli gündür.

Oğlaq - əlverişli və uğurlu günlərdən biri deyil. Emosiyalar güclü, qarışıqdır. Hisslərinizə hakim olun. Yaxşı tanıdığınızı güman etdiyiniz insanların indiyədək bələd olmadığınız məcaz və yönlərini "kəşf" edəcəksiniz. Bu isə xoşagəlməz hisslər, təəssüf yaradacaq. Sizə yardım vəd edən insan öz maraqlarının təminatını üstün tutacaq və sizi naqolay vəziyyətdə qoyacaq.

Günün ikinci yarısında hisslərinizi, istəklərinizi və emosiyalarınızı təhlil edin. Yalnız soyuqqanlı və təmkinli davransanız, hansısa nəticələrə nail ola bilərsiniz.
İllüziyalara qapılmayın.

Dolça - özünüzü qoruyun. Səhhətinizin pisləşməsi, xroniki ağrıların kəskinləşməsi ehtimalı var.
Ağır fiziki işlə məşğul olmaq əsla məsləhət deyil. İfrat yorğunluğun çox pis nəticələri ola bilər.
Yaxınlarınızla sakit və rəvan ünsiyyətdə olun. Yüksək diqqət tələb etməyən işlər üçün əlverişli zamandır.
Çətin yaşam durumuna düşmüş insanlara yardım edin.
Ailə üzvləri və ya dostlardan birinə hədiyyə alın.

Balıqlar - gün pozitiv başlanacaq və günün ilk yarısında əhəmiyyətli uğurlara nail ola biləcəksiniz. Lakin saatlar keçdikcə durum çətinləşəcək. Nüfuzlu insanlarla fikir ayrılıqları yaranacaq. Sözlərinizə fikir verin. Önəmli insanlarla bağlı fikirləriniz onlara çatdırılacaq.
Diplomat olun, hər düşündüyünüzü deməyin.
Günün ikinci yarısında iş çox olsa da, problemlərin öhdəsindən gələcəksiniz. Çoxdan bəri yarımçıq qalan və həllini tələb edən məsələni çözmək şansı var.
Çətin vəziyyətə düşmüş yaxınınıza yardım edin.

Milli.Az