«Eurovision-2004» qalibi Ruslana Alim Qasımovla duet oxumaq arzusundadır
30.1.2012

«Eurovision-2004» beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovla duet oxumaq arzusundadır.
GoMap-ın eurovision.az saytına istinadən verdiyi məlumata görə, «Eurovision-2012»nin açarının təqdimetmə mərasimində Alim Qasımovun ifasında «Sarı gəlin» mahnısını dinləyən Ruslana sənətkarla görüşüb. «Eurovision 2004»ün qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovun sənətinə vurğunluğunu ifadə edib.
Alim Qasımov isə Ruslana ilə duet oxuya biləcəyini söyləyib: «Azərbaycan musiqisi çox zəngindir. Onu istənilən ölkənin musiqisi ilə sintez edib, maraqlı eksperimentlər üzə çıxarmaq olar».