Əzizə Mustafazadə Türkiyədə konsert verib – Foto
25.11.2013

Azərbaycanın dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Türkiyədə çıxış edib.
Sənətçi Antalya Böyükşəhər Bələdiyyəsinin “Şehirde müzik var” adlı keçirdiyi 14-cü pianino festivalı çərçivəsində konsert verib.

Sənətçimiz pianoda ifa etməklə yanaşı, ifası ilə də dinləyiciləri heyran qoyub.

Aşıq Veysəlin “Uzun incə bir yoldayım” adlı əsərini ifa edən Ə.Mustafazadəni bas-gitarada Ralf Cetto, zərb alətində isə Simon Zimbardo müşayiət edib.

Sənətçi təxminən 1,5 saat ərzində səhnədə olub.

gun.az