Qatlaşdırılmış südə heykəl ucaldılıb. Belarusda "Roqaçevsk südkonserv kombinatı"nın qarşısında qoyulan abidənin hündürlüyü 3 metrdir.
Südə heykəl adıçəkilən kombinatın 75 illiyi münasibəti ilə hazırlanıb. O, keramik materiallardan ibarətdir.
"Roqaçevsk"də hazırlanan qatlaşdırılmış süd uzun illər ərzində keçmiş sovet məkanında, eləcədə postsovet ölkələrində Belarusun əsas brendlərindən və ən çox istifadə edilən məhsullardan idi.
ANS PRESS