«Eurovision-2012»-nin İşçi Qrupundan verilən məlumata görə, may ayındakı
şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar,
biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə
ərzində veriləcək.
«Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər
sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir
əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır.
Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv,
müsabiqənin rəsmi milli saytı www.eurovision.az və «Eurovision» İşçi
Qrupunun «Facebook» və «Twitter»dəki
http://www.facebook.com/EurovisionSongContestBaku2012 və
https://twitter.com/ESC2012Official rəsmi milli səhifələrindən əldə
etmək olar.