XIX əsrin axırlarından tanınmağa başlayan xurmanın vətəni Çindir.
Zərərli meyvə yoxdur, hər birinin özüməxsus faydası var. Xurma ən
xeyirli meyvələrdən biri sayılır.
Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi
mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir.
Bundan əlavə xurmanın tərkibində karbohidratlar, zülallar, qida
lifləri, üzvi turşular, antioksidantlar var. Antioksidantları xüsusən
vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə
orqanizmimizə düşən toksinləri və s. zərərli maddələri orqanizmdən
çıxartmağa kömək edir. Xurma müəyyən bakteriyaları da öldürən
xüsusiyyətlərə malikdir. Xurmanın tərkibində olan pektin maddəsi həzm
proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri
zamanı təbii "dərman" kimi istifadə oluna bilər.
- Dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.
- Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari
vəzinin fəaliyyəti üçün xeyirlidir, insanın zehni fəaliyyətini
stimullaşdırır, iş qabiliyyətini artırır.
- Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.
- Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.
Gözəllik vasitəsi kimi
Xurmadan kosmetologiyada uğurla istifadə olunur. Sizə tərkibində xurma olan bir neçə maska resepti təqdim edirik:
- Xurmanın ətini əzib üzünüzə maska şəklində vurun. Bu sadə maska dərininizi daha cavan və parlaq edəcək.
- Üz dərisində olan məsamələri kiçildmək üçün 1 xurmanın ətini 1
yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə ərzində üzünüzdə saxlayın və
sonra ilıq su ilə yuyun.
- Skrab resepti: 1 dənə xurma + 1 x.q. düyü unu
- Qidalandırıcı maska: 1 dənə xurma + 1 ç.q. bal + 1 ç.q. kərə yağı + bir neçə damcı limon şirəsi
publika.az