Ani Lorakın Bakı təəssüratları
25.11.2013

Ukraynalı müğənni Ani Lorak ötən həftə şəhərimizin qonağı olub. Sənətçi Bakı ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb.

O, konsert zamanı insanların sevgisinə, münasibətinə heyran olduğunu bildirib:

“Necə də unudulmaz bir konsert idi. Hər kəsə isti münasibət, böyük sevgiyə görə təşəkkür edirəm. Bura xoşbəxtlik, dəniz və sevgi şəhəridir. Konsertdən əvvəl şoppinq isə daha yaxşı terapiya oldu”.

Qeyd edək ki, paytaxtımıza həyat yoldaşı Muradla gələn Ani Lorak konsertdən əvvəl məşhur brendlərdən birinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılıb. Sənətçinin konserti Heydər Əliyev Sarayında baş tutub.

axsham.az