Bu qış nələr dəbdə olacaq? - FOTO
25.11.2013

Bu il qızıl çağını yaşayan ən dəbdə olan geyimlərin siyahısını hazırlamışıq. 

Qadınların 2013-2014-cü illin payız-qış qarderobunda bunlar olmalıdı:

Dəri – Dəri pencəklər bu mövsümün ən sevilən elementidir. Amma təkcə dəri pencək almaqla kifayətlənməyin. Markalar kolleksiyalarında dəridən hazırlanan donlara və ətəklərə də geniş yer veriblər. Salvatore Ferragamonun dəri kombinasiyası dəri sevənlər üçün ən gözəl nümunədir.

Mavi dalğalar – Bu mövsüm mavi hər yerdə gözümüzə girir. Son iki ildir ki, markalar kolleksiyalarından mavidən çox istifadə edirlər. Mavinin bütün tonları çox aktualdır. Stella McCartneye məxsus olan bu sadə donu uzun illərlə istifadə etmək olar.

Boz və çəhrayı tonlar – Çəhrayı tonlar da dəbdədir. Qışın qaranlıq atmosferini və soyuğunu unutduran çəhrayı paltolar çox eleqantdır. Boz rəng isə hər zaman kimi dəbdən düşmür. Boz və çəhrayı rəngin birlikdə istifadə olunduğu Chanelin bu platosu çox gözəldir.

Toxunma köynəklər – Toxunma köynəklər bizə uşaqlığımızı xatırladaraq nostalji hisslər aşılayır. Bu mövsüm iki cür köynək almağı tövsiyə edirk: nazik və kloş ətəklərə kombinasiya edə biləcəyimiz, digəri isə həftə sonları geyinmək üçün qalın yun köynəklər. Celinenin bu dizaynı çox sadədir.

Dama-dama stili geri qayıdır – Dama-dama stili yenidən dəbə gəlir. Şalvar, ətək, pencək... Bir ədəd olsa da, dolabınızda olmalıdır.
Bu Ralph Lauren dama-dama dəsti sizə ilham verə bilər.

Ağ – Ağ mövsümün ən çox sevdiyimiz rəngidir. Kim deyir ki, soyuq havalarda ağ geyinmək olmaz?! Əslində, qışda ağ geyinməmək səhv olardı. Saflığın simvolu olan ağı istər qara, istərsə də başqa rənglərə kombinasiya edə bilərsiniz. Elie Saabın bu dizaynı çox gözəldir.

Kolş ətək – 1950-ci illəri sevənlər üçün əla xəbər var. Dizdən aşağı kloş ətəklə bu il çox dəbdədir. Calvin Klein’ın bu dəri və kloş ətəyi həqiqətən də gözəldir.

Militeri detalları - Militari dəbinin ən xırda detalı olsa belə, mütləq geyimlərdə öz əksini tapır. Keçən il çox dəbdə olsa da, bu il o qədər də aktual deyil. Prabal Gurung hazırladığı geyim militari stilində olsa da, qadın zərifliyini özündə cəmləşdirə bilib.

Heyvan naxışları – Heyvan naxışlarını artıq istənilən mövsümdə istifadə etmək olar. Lakin heyan naxışlı geyimlər alarkən iki məqama diqqət edin. Fotodakı Jean Paul Gaultier donu hamıya yaraşmır. Belə donlar sizə yaraşmırsa, tək parça alın. Yəni, ya ətək, ya köynək, ya çanta, ya da ayaqqabı ala bilərsiniz.

Uzun çəkmələr – Keçən qış çox da dəbdə olmayan uzun çəkmələr yenidən gündəmə gəlib. 5 il bundan əvvəl dəbə bomba kimi düşən uzun çəkmə səltənətinin bu qədər uzun dava edəcəyini düşünməmişdik. Mini ətəklər, lasinlərlə çox gözəl qalır. “Stolen Girfriends Club”ın bu çəkməsi eleqantdır.

Publika.Az