Alimlər 2200 yaşlı mumiyada xərçəng şişinin metastazları olduğunu bildirirlər. GoMap.Az "Associated Press"ə istinadən məlumat verir ki, Misirin paytaxtı Qahirədəki
Amerika Universitetinin professoru Selimə İkramın başçılıq etdiyi
alimlər 2 ildən bəri apardıqları araşdırmanın başa
çatdığını bəyan ediblər.
Onlar 2200 il əvvəl ölmuş kişinin mumiyasında prostat xərçənginin
izlərini tapıblar. Bu tapıntı prostat xərçəngi ilə bağlı ən qədim ikinci
elmi artefaktdır. Tapıntımız bir daha sübut edir ki, xərçəng
xəstəliyini yaradan başlıca səbəblər ətraf mühit yox, genlərdir.