Mumiyada xərçəng aşkarlandı
30.1.2012

Alimlər 2200 yaşlı mumiyada xərçəng şişinin metastazları olduğunu bildirirlər. GoMap.Az "Associated Press"ə istinadən məlumat verir ki, Misirin paytaxtı Qahirədəki Amerika Universitetinin professoru Selimə İkramın başçılıq etdiyi alimlər 2 ildən bəri apardıqları araşdırmanın başa çatdığını bəyan ediblər.
Onlar 2200 il əvvəl ölmuş kişinin mumiyasında prostat xərçənginin izlərini tapıblar. Bu tapıntı prostat xərçəngi ilə bağlı ən qədim ikinci elmi artefaktdır. Tapıntımız bir daha sübut edir ki, xərçəng xəstəliyini yaradan başlıca səbəblər ətraf mühit yox, genlərdir.