Alovlar içində 6 dəqiqəlik rekord – Foto
26.11.2013

Avstriyalı dublyor alovlar içində rekord vurub.

Avstriyalı dublyor Co Tödtlinq 5 dəqiqə 41 saniyə müddətində bədənin əhatə edən alovlara dözərək dünya rekordunu qırıb.

Avstriyanın Salzburq şəhərində baş tutan rekord cəhdi hələlik “Ginnesin Rekordlar Kitabı” tərəfindən qeydə alınmasa da, Tödtlinqin “oksigen dəstəyi olmadan ən uzun müddət alovlara tab gətirmə” kateqoriyasında rekord qırdığı söylənilir.

Qeyd edək ki, rekordun daha əvvəlki sahibi 5 dəqiqə 25 saniyəlik göstərici ilə amerikalı dublyor Ceyson Dumeniqo olub.

Gün.Az