Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da birinci Britaniya film festivalı keçiriləcək.
Bu il Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən “British Council” təşkilatı, həmçinin “British Airways” şirkəti və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq festivalın rəsmi açılışı dekabrın 6-da olacaq.
Açılış qonaqlar üçün təşkil olunmuş furşet və “Selfish Giant” (Eqoist Div) filminin nümayişi ilə davam edəcək.
Dekabrın 11-dək davam edəcək festivalda filmlər yalnız ingilis dilində nümayiş olunacaq.
Filmlər və festival haqqında daha ətraflı məlumatı www.28cinema.az və kinoteatrın rəsmi “Facebook” səhifəsindən əldə etmək mümkündür.
Biletlərin qiyməti filmin formatından asılı olaraq 2 və 3 manat müəyyənləşdirilib.
publika.az