ABŞ-lı aktrisa Ancelina Coli birlikdə altı uşaq böyütdüyü, keçən il nişanlandığı Bred Pitə 50 yaşı münasibətilə 19.8 milyon dollara ürək şəklində ada alıb.
Avstraliyada yeni filminin çəkilişlərini davam etdirən 38 yaşlı Coli keçən həftə Nyu Yorkdan 80 km şimalda Petra adasını görüb və heyran qalıb.
Gözəl aktrisanın ən böyük dəstəkçisi olan, 18 dekabrda doğum gününü qeyd edəcək Pitt üçün aldığı adada, yaraşıqlı aktyorun heyran olduğu 1959-cu ildə ölən memar Frank Lloyd Raytın imzası olan iki ev var.
publika.az