Balaca Mahatmalar rekord vurdular - Foto
30.1.2012

485 hindistanlı məktəbli Ginnesin Rekordlar Kitabına düşüb. Onlar Mahatma Qandinin paltarını geyiniblər, Qandi təki qrim olunublar və Hindistanın şərqindəki Kəlküttə şəhərinin küçələrini dolaşıblar.
GoMap.Az LANS-a istinadən bildirir ki, 485 "balaca Mahatma"nın yürüşü 1948-ci ildə Dehlidə hindus fanat tərəfindən güllələnmiş Mahatma Qandinin faciəli ölümünün 64-cü ildönümü ilə bağlıdır.
Bundan başqa, yürüş Hindistanın yanvarın 26-da qeyd etdyi Respublika Günü ilə bağlı keçirilən tədbirlər çərçivəsindəki aksiya idi.
Yürüşün təşkilatçıları hesab edirlər ki, Ginnesin Rekordlar Kitabında qeydiyyata düşmək yoxsul və natamam ailələrdəki uşaqların özlərinə və ölkələrinə görə fəxr etmələrinə səbəb olub.