485 hindistanlı məktəbli Ginnesin Rekordlar Kitabına düşüb. Onlar
Mahatma Qandinin paltarını geyiniblər, Qandi təki qrim olunublar və
Hindistanın şərqindəki Kəlküttə şəhərinin küçələrini dolaşıblar.
GoMap.Az LANS-a istinadən bildirir ki, 485 "balaca Mahatma"nın yürüşü
1948-ci ildə Dehlidə hindus fanat tərəfindən güllələnmiş Mahatma
Qandinin faciəli ölümünün 64-cü ildönümü ilə bağlıdır.
Bundan başqa, yürüş Hindistanın yanvarın 26-da qeyd etdyi Respublika
Günü ilə bağlı keçirilən tədbirlər çərçivəsindəki aksiya idi.
Yürüşün təşkilatçıları hesab edirlər ki, Ginnesin Rekordlar Kitabında
qeydiyyata düşmək yoxsul və natamam ailələrdəki uşaqların özlərinə və
ölkələrinə görə fəxr etmələrinə səbəb olub.