Axtarış
Başqa şəhərlərdə
Maykl Bak Asiya və Afrikada adi, ənənəvi, kimsəni təəccübləndirməyən, Britaniyada isə görənləri heyrətləndirən ev tikib. Fermerin dediyinə görə, çiy kərpicdən inşa edərək damını samanla örtdüyü ev ona vur-tut 200 dollara başa gəlib. Bağının aşağı hissəsində tikilmiş evi indi o, yaxınlıqdakı fermada çalışanlara kirayəyə verir. Oksfordşir qraflığında yaşayan Maykl Bak evinin kirayəsinə görə pul yox, süd aldığını deyir. "İstəyirəm insanlar anlasınlar ki, həyatları boyu ipoteka krediti ödəmək məcburiyyətində deyillər. Hər kəs özünə ev tikə bilər", - Maykl Bak deyib. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.